Müəllim birinci sinif şagirdini döyüb öldürdü

Oxunma vaxtı:24 Saniyə

Çinin Quanyuan şəhərində dəhşətli hadisə baş verib. 

Doğrusöztv.Az Unikal.org -a istinadən xəbər verir ki, Zanq adlı birinci sinif şagirdi riyaziyyat müəllimi tərəfindən döyülərək öldürülüb. 

Bildirilir ki, müəllim iki suala səhv cavab verən 10 yaşlı şagirdin başına və əllərinə dəfələrlə vurub. Məktəbdən evə gələn şagirdin halı pisləşib. Nənəsi onu xəstəxanaya çatdırsa da, balacanın həyatını xilas etmək mümkün olmayıb. Həkimlər uşağın başına qan sızması nəticəsində öldüyünü açıqlayıblar. 

Hadisədən sonra müəllim polis tərəfindən saxlanılıb. Məktəbin direktoru isə işdən qovulub.

 816 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bulvarda özünü dənizə atan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. Doğrusöztv.Az Unikal.org-a istinadən verdiyi məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil […]