Penitensiar Xidmət: Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərərək həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib

Oxunma vaxtı:1 Dəqiqə, 6 Saniyə

Mətbuatda məlumat verildiyi kimi, məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saxlanıldığı 3 saylı istintaq təcridxanasında 02.09.2020-ci il tarixdən yemək qəbulundan imtina edib, bununla əlaqədar səhhəti həkim nəzarətinə götürülərək o, təcridxananın tibb məntəqəsinə köçürülüb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, eyni zamanda, xahişi ilə şəxsən tanıdığı mülki sektorun həkimi Adil Qeybullanın konsultasiyası təşkil edilmiş, A.Qeybulla onun səhhətinə gündəlik nəzarət edilməsi və müalicəsinin aparılması üçün çalışdığı xəstəxanaya – “City Hospital”a köçürülməsini xahiş edib.

Bununla əlaqədar T.Yaqublunun səhhətinə qayğı və həssaslıqla yanaşılaraq, o, 12.09.2020-ci il tarixdə həmin xəstəxanaya yerləşdirilib.

17.09.2020-ci il tarixdə T.Yaqublu “City Hospital”da TƏBİB-in və Ədliyyə Nazirliyinin Tibb xidmətinin həkimləri tərəfindən birgə müayinə olunmuş və vəziyyətinin orta ağırlıqda stabil olduğu müəyyən edilib

Hazırda T.Yaqublunun fizioloji göstəriciləri normal olsa da, o, əsasən yataqdadır, başgicəllənmədən, ümumi halsızlıqdan şikayət edir. Hazırkı durumu onun məhkəmə prosesində iştirakına çətinlik törədir.

T.Yaqublunun müdafiəsini həyata keçirən vəkillərin hökmdən verdikləri apellyasiya şikayətləri və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, Tibb xidməti tərəfindən onun səhhət durumunun nəzərə alınması ilə bağlı məhkəməyə müraciət edilib.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində keçirilmiş ilkin baxış zamanı məhkəmə humanistlik göstərərək T.Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

 319 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ceyhun Bayramovla Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı arasında telefon danışığı olub

18 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Aİ Komissarı Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Tərəflər Aİ və […]