Özünüməşğulluq proqramına qoşulmuş aztəminatlı ailələr üçün kiçik təsərrüfatlar qurulur (FOTO)

Oxunma vaxtı:47 Saniyə

Özünüməşğulluq proqramına cəlb edilmiş aztəminatlı ailələrə aktivlərin verilməsi prosesi sürətlə davam etdirilir.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu gün Bakının bir neçə rayonunda proqram iştirakçıları üçün heyvandarlıq sahəsi üzrə kiçik təsərrüfatlar qurulub. Vətəndaşlara onlara təqdim ediləcək aktivləri seçmək imkanı da yaradılıb.

2020-ci ildə özünüməşğulluq proqramına cəlb edilən və xırdabuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlə təmin edilən Vidadi Daşdəmirov yaradılan şəraitə və dəstəyə görə minnətdarlığını ifadə edib. Ağamirzə Əliyev də bu gün aktivlə təmin edilən şəxslərdəndir.

O, təsərrüfatını daha da inkişaf etdirəcəyini bildirib. Biznes-planlarının qiymətləndirilməsindən uyğurla keçən digər iştirakçılar: Böyükağa Əsədov və Əlövsət İbrahimova isə iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər verilib. Təsərrüfatları üçün heyvanları özləri seçən proqram iştirakçıları bu sahəni inkişaf etdirmək üçün səylə çalışacaqlarını vurğulayıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il məhz kənd təsərrüfatı üzrə 1100-dən çox proqram iştirakçısı üçün kiçik təsərrüfatlar yaradılıb. Yaxın zamanda istehsal və xidmət sahəsi üzrə də aktivlərin paylanması həyata keçiriləcək.

Özünüməşğulluq proqramına qoşulmuş aztəminatlı ailələr üçün kiçik təsərrüfatlar qurulur (FOTO) - Gallery Image

 370 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Pərviz Şahbazov: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrilib

26 il əvvəl imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanda və ümumən regionda yeni bir dövr başlandı. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfransda deyib. Nazir bildirib ki, bu, öz mahiyyətinə görə müstəqillik tariximizin ən mühüm […]