Azərbaycanın sığorta bazarı yeni mərhələdə dayanıqlı inkişaf üçün kifayət qədər potensiala malikdir

Oxunma vaxtı:32 Saniyə

Azərbaycanın sığorta bazarı post-pandemiya dövründə yeni mərhələdə dayanıqlı inkişaf üçün kifayət qədər potensiala malikdir.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Azər Əliyev təşkilatın fəaliyyətinin yeni konsepsiyasına həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, Assosiasiya bu potensialın düzgün qiymətləndirilməsi istiqamətində sığortaçılara fundamental əsasda dəstək verəcək:

“Azərbaycanın sığrta bazarı düzgün istiqamətdə hərəkət edir. Maliyyə fəaliyyətinin əsas istiqamətlərindən olan sığorta sahəsi bütün dünya iqtisadiyyatlarında olduğu kimi COVID-19 pandemiyasında bu və ya digər formada ziyan görüb”.

O vurğulayıb ki, Azərbaycanda yaradılmış sağlam iqtisadi inkişaf modeli və vaxtında görülmüş tədbirlər sayəsində sığorta bazarı pandemiyanın daha genişmiqyaslı fəsadlarından qurtula bilib.

 443 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Prezident İlham Əliyev göstəriş verdi: Sənaye Parkının gələcək inkişafı ilə bağlı təkliflər hazırlayın

Sənaye Parkının gələcək inkişafı ilə bağlı təkliflər hazırlayın, yerləri seçin. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında deyib. Dövlət başçısı bildirib: “Sənaye Parkının gələcək inkişafı ilə bağlı təkliflər hazırlayın, yerləri seçin. Çünki yenə də deyirəm, belə templə ki, […]