Azərbaycan ABŞ ilə əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sektorunda əhəmiyyətli nəticələr əldə edib

Oxunma vaxtı:58 Saniyə

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bu il üçün Azərbaycanın özəl sektorundakı fəaliyyətinin əsas məqsədi kənd təsərrüfatı və turizmə xüsusi diqqət yetirməklə özəl sektorun rəqabət qabiliyyətini artırmaqdır.

Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə USAID-in Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Agentliyin həmsöhbətinin sözlərinə görə, son altı ildə USAID-in iki layihə çərçivəsində seçilmiş Azərbaycan kənd təsərrüfatı müəssisələri ilə əməkdaşlığı nəticəsində bu məhsullar üzrə 80 milyon dollardan çox ixrac həyata keçirilib ki, bunun da 25 milyon dollarlıq məhsulu Avropa və Orta Şərq bazarlarının payına düşür:

“USAID tərəfindən təklif olunan təkmilləşmiş aqrotexniki təcrübə sayəsində məhsulldarlıq qoz-fındıq üzrə demək olar ki 100, giləmeyvə və meyvələr üzrə 40, tərəvəz üzrə isə 35 faiz artıb”.

ABŞ-ın Azərbaycandakı səfirliyi və USAID missiyasının ABŞ Ticarət və Sənaye Palatası (USACC) ilə birlikdə 2019-cu ilin aprelində İllinoys-Azərbaycan, həmin ilin noyabr ayında isə Oklahoma-Azərbaycan kənd təsərrüfatı forumlarının təşkil edildiyi qeyd olunub:

“Bu forumlar çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sektorunun nümayəndələrindən ibarət iki heyət kənd təsərrüfatı müəssisələri və ABŞ tədqiqat institutları ilə birlikdə biznesin genişləndirilməsi imkanlarını müzakirə ediblər”.

Qeyd edək ki, 1991-ci ildən indiyədək USAID səhiyyə və iqtisadi islahatları dəstəkləmək üçün Azərbaycana 377 milyon dollardan çox humanitar yardım ayırıb.

 278 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

“Yüksəliş” müsabiqəsinin imtahanı qida zəhərlənməsi səbəbindən dayandırılıb

Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayacaq ikinci imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alınıb. Zəhərlənənlər arasında texniki heyət, İşçi qrupunun üzvləri, “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, zəhərlənmə halları qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb. İmtahan keçirilən məkanda […]