Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı rüsumdan azaddır – Yeni qərarın İZAHI

Oxunma vaxtı:50 Saniyə

Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda ediləcək dəyişikliklərin mahiyyətini açıqlayıb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” Ailə Məcəlləsinə uyğun olaraq hazırlanıb.

Qeyd edilib ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq “Qeydiyyat şöbəsi”, “konsulluq idarəsi, “icra hakimiyyətinin nümayəndəliyi”) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın dəyişiklikləri ilə bağlı bildiririk ki, “Dövlət rüsumu haqqında” Qanunun 12.2.3-cü maddəsindən “yaxud ən azı üç il müddətində azadlıqdan məhrum edilmiş şəxsdirsə” sözləri çıxarılmışdır.

Qeyd edilən dəyişikliyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumu kimi tutulmalı olan hərəkətlər dövlət rüsumundan azaddır.

 310 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Azərbaycan ABŞ ilə əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sektorunda əhəmiyyətli nəticələr əldə edib

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bu il üçün Azərbaycanın özəl sektorundakı fəaliyyətinin əsas məqsədi kənd təsərrüfatı və turizmə xüsusi diqqət yetirməklə özəl sektorun rəqabət qabiliyyətini artırmaqdır. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə USAID-in Azərbaycandakı nümayəndəliyindən bildiriblər. Agentliyin həmsöhbətinin sözlərinə görə, son altı ildə USAID-in iki layihə çərçivəsində seçilmiş Azərbaycan kənd […]