Türkiyədən Azərbaycana sement idxalı azalıb

Oxunma vaxtı:37 Saniyə

2020-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,83 faiz azalaraq 22,367 milyon dollar təşkil edib.

Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Avqust ayında Türkiyə Azərbaycana 2,969 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 28,74 faiz azdır.

2020-ci ilin yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 2,388 milyard dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2,3 faizini təşkil edib.

Son 12 ay ərzində (avqust 2019-cu il – avqust 2020-ci il) Türkiyə 3,568 milyard dollar məbləğində sement ixrac edib.

 294 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı rüsumdan azaddır - Yeni qərarın İZAHI

Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda ediləcək dəyişikliklərin mahiyyətini açıqlayıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” Ailə Məcəlləsinə uyğun olaraq hazırlanıb. Qeyd edilib ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan […]