Nazirlər Kabineti Dövlət Gömrük Komitəsi ilə bağlı qərarda edilən dəyişikliyə İZAH verdi

Oxunma vaxtı:46 Saniyə

Nazirlər Kabinetinin 334 №li Qərarına dair izah verib.

Doğrusöztv.Az bildirir ki, kabinetdən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Qərara edilmiş dəyişiklik Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin işçilərinin sosial müdafiəsi ilə bağlı tətbiq edilən yeni mexanizm ilə əlaqədardır.

İndiyə qədər yuxarıda sadalanan qurumların əməkdaşlarının sosial müdafiəsi üçün gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərin müəyyən faizi həmin qurumlara verilirdi.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından sonra artıq bu mexanizmin fəaliyyəti dayandırılıb. Nazirlər Kabinetinin bu Qərarı Prezidentin Fərmanından irəli gələn tapşırığa uyğun olaraq müvafiq “Qayda”ya dəyişikliyi təsdiq edir.

 277 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Ermənistan qeyri-qanuni məskunlaşdırma ilə Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik strukturu dəyişmək istəyir - Hikmət Babaoğlu

Azərbaycan ərazisinin 20 faizini işğal edən, təcavüzkar siyasəti ilə 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşərək bütün fundamental hüquqlarının pozulmasına səbəb olan Ermənistan müharibə cinayətlərini davam etdirir. Elə Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma aparılması bunun bariz təzahürü və növbəti nümunəsidir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli […]