Sahibə Qafarova: Azərbaycanla Türkiyə arasındakı birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir (FOTO)

Oxunma vaxtı:2 Dəqiqə, 22 Saniyə

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin sentyabrın 10-dan Türkiyədə rəsmi səfəri davam edir.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Ankaranın Esenboğa hava limanında nümayəndə heyətimizi Türkiyə Böyük Millət Məclisinin sədr müavini Süreyya Sadi Bilgiç və digər rəsmi şəxslər qarşılayıblar.

Həmin gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyənin ticarət naziri Ruhsar Pekcan ilə görüşüb.

Azərbaycan parlament nümayəndə heyətini Türkiyədə salamlamaqdan məmnunluq duyduğunu deyən xanım nazir bildirib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,4 milyard dollar olub. Lakin bu rəqəm iki ölkənin gerçək potensialını əks etdirmir və məqsədimiz ticarət dövriyyəmizi daha da artırmaqdır.

R.Pekcan bildirib ki, hədəfimiz Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır. R.Pekcan pandemiya səbəbindən Türkiyənin Orta Asiyaya İran üzərindən daşımalarda çətinlik yarandığını və bu səbəbdən Gürcüstan-Azərbaycan-Xəzər istiqamətinin daha da önəm qazandığını diqqətə çatdırıb.

Qadın sahibkalığının inkişafı barədə danışan R.Pekcan bununla bağlı Türkiyədə görülən işlərdən danışıb. O, qadın kooperativlərini gücləndirmək üçün yeni bir proqram başlatdıqlarını və qadınların iş həyatında daha çox yer tutması üçün layihələr həyata keçirməyə davam etdiklərini bildirib. Qeyd edib ki, “qadın güclənərsə, ailə güclənər, iqtisadiyyat güclənər.”

Türkiyənin Naxçıvanla əlaqələrinə də toxunan Ruhsar Pekcan diqqətə çatdırıb ki, Naxçıvan Azərbaycanın bizə əmanətidir və Naxçıvanla ticarət əlaqələrinin inkişafına xüsusi önəm veririk. Ümumiyyətlə, Azərbaycanla işbirliyimizdən məmnunuq və daha böyük ticarət dövriyyəsinə imza atacağımıza inanırıq.

Səmimi qəbul üçün təşəkkür edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu onun ilk rəsmi səfəridir. Türkiyə bizim üçün doğma ölkə olduğu üçün Azərbaycanın ən yüksək vəzifəli şəxsləri ilk səfərlərini Türkiyəyə həyata keçirirlər. Türkiyə tərəfdən də bu belədir. Biz “bir millət, iki dövlətik”. Bu sözləri ulu öndər Heydər Əliyev deyib. Düşünürəm ki, doğrudan da bu sözlərin arxasında çox böyük həqiqət var. Çünki dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz də birdir. Eyni zamanda, bizim dilimizdə, mədəniyyətimizdə olan birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir.

İki ölkə arasındakı iqtisadi münasibətlərə toxunan Milli Məclisin sədri bildirib ki, Türkiyə və Azərbaycan bu gün region üçün çox böyük işlər görür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri buna misal ola bilər. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi türkdilli ölkələri birləşdirən bir dəmiryoludur və onu yalnız Qəqim İpək Yolu ilə müqayisə etmək olar. Hazırda iqtisadi münasibətlərimiz yüksək səviyyədədir. Pandemiya şəraiti olmasına baxmayaraq, bu ilin 6 ayı ərzində qarşılıqlı ticarət dövriyyəmiz 2 milyard dolları keçib.

Milli Məclisin sədri həm Türkiyədə, həm də Azərbaycanda qadınlara verilən dəstəkdən danışaraq qeyd edib ki, hansı cəmiyyətdə qadın azaddırsa, yaxşı təhsili varsa, o cəmiyyət inkişaf edəcək.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu, Milli Məclisin sədri Sahibə Qafarovanın parlament sədri kimi ilk xarici səfəridir.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Sahibə Qafarova: Azərbaycanla Türkiyə arasındakı birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir (FOTO) - Gallery Image

 239 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nazirlər Kabineti Dövlət Gömrük Komitəsi ilə bağlı qərarda edilən dəyişikliyə İZAH verdi

Nazirlər Kabinetinin 334 №li Qərarına dair izah verib. Doğrusöztv.Az bildirir ki, kabinetdən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Qərara edilmiş dəyişiklik Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin […]