Yeni dərs ili üçün cədvəl nümunələri açıqlanıb (FOTO)

Oxunma vaxtı:51 Saniyə

Təhsil Nazirliyi məktəb rəhbərləri və müəllimlər üçün hibrid tədris üçün dərs cədvəli nümunəsini təqdim edib.

Doğrusöztv.Az Trend – ə istinadən bildirir ki, bu nümunələr 4 müxtəlif situasiyanı əhatə edir:

– əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün

– əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə

– əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün

– əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə.

Məlumatda bildirilir ki, bu nümunədən istifadə etməklə məktəbin xüsusiyyətlərinə uyğun dərs cədvəli hazırlamaq mümkündür. Nəzərə almaq lazımdır ki, sinif yarımqruplara bölündüyü halda uyğunlaşdırılmış tədris planında distant dərslər üçün nəzərdə tutulmuş dərslərin bir hissəsini əyani dərslərə vermək lazımdır.

Dərs cədvəlinin həm də teledərslərin cədvəlinə uyğunlaşdırmaq tövsiyə olunur. Teledərslər hər gün “Mədəniyyət” və “Arb Günəş” televiziya kanallarında səhər və günorta təkrar verilməklə yayımlanır.

Yeni dərs ili üçün cədvəl nümunələri açıqlanıb (FOTO) - Gallery Image
Yeni dərs ili üçün cədvəl nümunələri açıqlanıb (FOTO) - Gallery Image
Yeni dərs ili üçün cədvəl nümunələri açıqlanıb (FOTO) - Gallery Image
Yeni dərs ili üçün cədvəl nümunələri açıqlanıb (FOTO) - Gallery Image

 472 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Metrodan istifadə qaydaları açıqlandı

Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətinin 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunmasını qərara alıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 3 iyul 2020-ci il 236 №-li Qərarı ilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti 4 iyul […]