XİN-in həbs olunan şöbə müdirinin şikayəti təmin edilmədi

Oxunma vaxtı:39 Saniyə

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı həbs edilən, nazirliyin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirməsi ilə bağlı verdiyi vəsatətə baxılıb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə vəsatət araşdırılıb və qərar elan olunub. Məhkəmənin qərarı ilə vəsatət təmin edilməyib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı nazirliyin İşlər idarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 498 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Deputatlar bir sıra məsələləri Milli Məclisin plenar iclasına tövsiyə etdi

Sentyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, iclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər barədə hesabata, komitənin 2020-ci il payız sessiyası dövrünə dair işlər planına baxılıb. Həmçinin, altı qanun layihəsi müzakirə […]