Deputatlar bir sıra məsələləri Milli Məclisin plenar iclasına tövsiyə etdi

Oxunma vaxtı:52 Saniyə

Sentyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, iclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər barədə hesabata, komitənin 2020-ci il payız sessiyası dövrünə dair işlər planına baxılıb. Həmçinin, altı qanun layihəsi müzakirə olunub.

Tədbirdə komitə üzvləri “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq olunması barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə (birinci oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında qanunlarda dəyişiklik edilməsi barədə, Mülki Prosessual Məcəlləsində, Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” dəyişiklik edilməsi barədə (birinci oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini müzakirə ediblər.

Komitə üzvləri gündəlikdəki qanun layihələrini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

 822 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan Ordusunun gücünə dost baxıb sevinir, düşmən isə kədərlənir - Deputat

Ordumuzun hərbi potensialı yüksəkdir. Vaxtilə adi bir gülləni də xaricdən alan dövlət bu gün artıq onun ixracını da bacarır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputatın sözlərinə görə, əvvəllər əsgərlər müxtəlif işlərə cəlb olunurdu, lakin son 10 ilə nəzər salsaq, görərik ki, əsgərin işi […]