Bu günə kimi 40 minə yaxın namizəd müəllim olmaq üçün imtahan verib

Oxunma vaxtı:28 Saniyə

Bu günə kimi 17 fənn üzrə 40 minə yaxın namizəd müəllim işləmək üçün imtahan verib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resurssları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi artıq başa çatmaq üzrədir:

“Sabah test imtahanı mərhələsi başa çatır. Artıq sabah 14.00-dan apelyasiya mərhələsi başa çatan fənlər üzrə vakansiya seçimi mərhələsini elan edəcəyik. Namizədlər iki gün davam edəcək bu mərhələdə 8 vakant yer seçəcəklər. Daha sonra elektron qaydada yerləşdirmə aparılacaq və vakanat yerləri tutmaq hüququ olan namizədlərə məlumat veriləcək”.

 1,407 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Avtomobildə tibbi çantada bəzi dərmanların saxlanması təhlükəlidir - Ekspert

Son günlər avtomobildə dərman qutusu ilə bağlı məsələ yenidən gündəmə gəlib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, 19 iyun 2020-ci il tarixdə Həm “Yol hərəkəti haqqında” Qanuna, həm də İXM-ə dəyişiklik edilərək avtomobillərdə olması zəruri hesab edilən bu qutunun adı dəyişdirilib: “İndi […]