Avtomobildə tibbi çantada bəzi dərmanların saxlanması təhlükəlidir – Ekspert

Oxunma vaxtı:57 Saniyə

Son günlər avtomobildə dərman qutusu ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, 19 iyun 2020-ci il tarixdə Həm “Yol hərəkəti haqqında” Qanuna, həm də İXM-ə dəyişiklik edilərək avtomobillərdə olması zəruri hesab edilən bu qutunun adı dəyişdirilib:

“İndi o “dərman qutusu” yox, “ilk tibbi yardım qutusu” adlanır. Səbəb odur ki, bu qutunun içərisində dərman vasitələri yox, sadəcə həkiməqədərki yardımda istifadə edilə biləcək tibbi ləvazimatlar (qanaxmanı dayandırmaq, yaranı sarımaq üçün və s.) olmalıdır. Hazırda həmin qutunun tərkibi AR Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq olunub, lakin “Yol hərəkəti haqqında” Qanuna yuxarıda qeyd etdiyim dəyişikliyin qüvvəyə minməsi ilə əlaqədar NK-ya tapşırıq verilib ki, uyğun düzəlişlər edilsin. Yəqin ki, NK 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli Qərarına dəyişiklik edəcək və sadəcə bu qutunun adını dəyişməklə kifayətlənməyərək, hazırda onun içərisində olması nəzərdə tutulan dərman vasitələrini sıyahıdan çıxaracaq. Məsələ burasındadır ki, həkimlərin fikrinə əsasən, avtomobilin bəzən 50 dərəcəyədək qızan salonunda saxlanan həmin dərmanlar (Analgin, Aspirin, Nitroqliserin həbləri və s.) ciddi dəyişikliyə məruz qalaraq istifadə edildikdə çox ağır problem yarada bilər”.

 1,133 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İqtisadi Şuranın ilk iclası keçirildi (VİDEO)

Bu gün Azərbaycan Respublikasının Baş Naziri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın ilk iclası keçirilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, iclasda Şuranın üzvləri – Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Şahmar Mövsümov və Natiq Əmirov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçiləri Emin Hüseynov və Xalid […]