Misirin informasiya agentliyində Qubadlının işğalı barədə məqalə dərc edilib

Oxunma vaxtı:25 Saniyə

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının məqaləsi Misir Ərəb Respublikasının “əl-Daulə” informasiya agentliyində dərc edilib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, məqalə “Beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycanın Qubadlı şəhərini işğal etməsini qınayır” adlanır.

Məqalədə Qubadlı şəhərinin tarixindən və ermənilərin 31 avqust 1993-cü ildə tarixi Azərbaycan torpağını işğal etməsindən bəhs edilir. Yazıda, həmçinin beynəlxalq təşkilatların erməni işğalı barəsində çıxardığı qətnamə və bəyanatlara da toxunulub.

Məqalənin linki: http://www.aldawlanews.com/archives/681806

Misirin informasiya agentliyində Qubadlının işğalı barədə məqalə dərc edilib - Gallery Image

 1,864 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Fatma Yıldırım: Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır

“Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bütün sahələr üzrə dərin əməkdaşlıq əlaqələri üzərində qurulan bu münasibətlər “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq davamlı inkişaf edir. Azərbaycan-Türkiyə əlaqələrində hərbi əməkdaşlıq da mühüm yer tutur”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Fatma Yıldırım bildirib ki, Azərbaycanla […]