DİM abituriyentlərə müraciət etdi

Oxunma vaxtı:1 Dəqiqə, 10 Saniyə

Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün keçirilən qabiliyyət imtahanlarında iştirak etmək məqsədilə 2 və 3 sentyabr tarixlərində qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər/subbakalavrlar imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Doğrusöztv.AzTrend-ə istinadən bildirir ki, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

53-cü komissiyanı (Xoreoqrafiya) seçən abituriyentlər qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağ ciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli­ və özləri ilə rəqs paltarı gətirməlidirlər.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxartmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

İmtahana buraxılış vərəqəsini;

Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

Şəxsiyyəti təsdiq edən sənədin əslini:

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

 1,792 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Misirin informasiya agentliyində Qubadlının işğalı barədə məqalə dərc edilib

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının məqaləsi Misir Ərəb Respublikasının “əl-Daulə” informasiya agentliyində dərc edilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, məqalə “Beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycanın Qubadlı şəhərini işğal etməsini qınayır” adlanır. Məqalədə Qubadlı şəhərinin tarixindən və ermənilərin 31 avqust 1993-cü ildə tarixi Azərbaycan […]