İlham Əliyev Bakıda Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak edib

Oxunma vaxtı:1 Dəqiqə, 6 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım əsaslı təmirdən sonra binada yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yerləşdiyi bina 1904-cü ildə inşa edilib. Ötən 116 ildə bina müxtəlif dövrlərin reallıqlarını yaşayıb: hospital, ümumtəhsil məktəbi, 1940-cı ildən isə musiqi məktəbi kimi fəaliyyət göstərib. Binanın memarlıq üslubu və fasadının ilkin görünüşü saxlanılmaqla Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildə əsaslı təmir olunub.

Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya, nəzəriyyə və tədris köməkçi fənləri ixtisasları üzrə 385 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur. Məktəbin səs izolyasiyasına xüsusi diqqət yetirilən bütün tədris otaqları əyani vəsaitlərlə təmin olunub. İncəsənət məktəbinin ikimərtəbəli binasında 15 fərdi tədris otağı, nəzəriyyə otaqları, kitabxana, dərzi otağı, konfrans zalı, rəssamlıq otaqları, xoreoqrafiya zalı, yeməkxana və səsyazma studiyası fəaliyyət göstərir. Məktəbdə Vaqif Mustafazadə guşəsi yaradılıb. Vaqif Mustafazadənin şəxsi əşyalarının olduğu bu guşədən həm də tədris otağı kimi istifadə ediləcək.

Qeyd edək ki, dünya şöhrətli caz ustası Vaqif Mustafazadə 1949-1956-cı illərdə burada fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycanın bir sıra görkəmli bəstəkarları və incəsənət xadimləri bu məktəbin yetirmələri olublar.

 2,346 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Təhsil Nazirliyi müəllimlərin işdən çıxarılması məsələsinə aydınlıq gətirdi

İstisna deyil ki, məktəbdəki kadr sıxlığı, müəllimlərin qənaətbəxş olmayan nailiyyətləri və akademik göstəriciləri hesaba alınmadan əmək müqaviləsinin müddəti uzadılır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib. Onun sözlərinə görə, əmək müqaviləsinin müddətinin bu formada uzadılması haqlı olaraq, digərlərində narazılıq yaradır və “ümumi […]