Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha

Oxunma vaxtı:28 Saniyə

Əlahəzrət,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Malayziya dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının Malayziya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziyaya daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2020-ci il.

 3,524 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Daxili İşlər Nazirliyi Bərdədə əməliyyat keçirdi, 11 nəfər tutuldu: Silah-sursat, narkotik... - FOTO/VİDEO

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bərdə şəhərində ictimai-asayişi kobud sürətdə pozaraq, vətəndaşların haqlı narazılığına səbəb olmaqla, ciddi qanun-pozuntularına yol verən şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, əldə edilən əməliyyat məlumatlarında bir qrup cinayət törətməyə meyilli şəxsin Bərdə şəhərində narkotik vasitələrin […]