Beynəlxalq təşkilatlar məktəblərdə uşaqların koronavirusdan müdafiəsi ilə bağlı birgə təlimat dərc edib

Oxunma vaxtı:1 Dəqiqə, 32 Saniyə

Tədris müəssisələrinin fəaliyyətinin bərpa olunmasının sosial nəticələrinin dəyərləndirilməsi COVID-19 pandemiyası ilə mübarizə kontekstində məktəblərin necə və nə vaxt qismən açılması və ya bağlanması barədə qərarın qəbulu zamanı nəzərə alınmalı olan amillərdən biridir.

Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər.

ÜST, UNICEF, Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin Beynəlxalq Federasiyası məktəblərdə təhlükəsizliyin təmin olunması və uşaqların COVID-19 virusundan müdafiəsi ilə bağlı birgə təlimat dərc edib.

Təlimatda məktəblərdə təhlükəsizliyin təmin olunması üçün vəziyyətə nəzarət üzrə anket formaları və vacib tövsiyələr yer alır:

“Məktəblərin necə və nə vaxt qismən açılması və ya bağlanması barədə qərarın qəbulu zamanı nəzərə alınmalı olan amillərə məktəbin təkrar açılması/bağlanmasının sosil nəticələrinin qiymətləndirilməsi (məsələn, şagirdlərin məktəbə qayıtmaması riski, əhalinin təhsil səviyyəsini fərqin artması, ailədaxili zorakılıq və s.) aiddir”.

ÜST nümayəndəsinin sözlərinə görə, ÜST və UNICEF pandemiya ilə mübarizə kontekstində uşaqlarına maskadan istifadəsi üzrə tövsiyələr dərc edib:

“Maskalar özü-özlüyündə uşaqları COVID-19-dan qorumasa da, onlar virusun yayılmasının qarşısının alınması üzrə kompleks tədbirlərin hissəsidir”.

ÜST və UNICEF-in uşaqların maskadan istifadəsi üzrə tövsiyələri yaşdan və konkret vəziyyətdən asılıdır:

– 5 yaşlı və daha kiçik uşaqlara parça maska taxmaq tövsiyə olunmur;

– 6-11 yaşlı uşaqların virusun çox yayıldığı məkanlarda parça maska taxıb-taxmaması barədə qərar verərkən, böyüklərin müşahidəsi və maskanı təhlükəsiz daşımaq imkanı kimi konkret amilləri nəzərə almaqla risk dəyərləndirməsinə əsaslanan yanaşma tətbiq etmək lazımdır;

– 12 yaşlı və daha böyük uşaqlar virusun çox yayıldığı və fiziki məsafənin mümkün olmadığı məkanlarda maska taxmaqla bağlı böyüklərə aid edilən tövsiyələrə əməl etməlidir;

– Digər xəstəlikləri olan uşaqlar həkimlə məsləhətləşmdən sonra tibbi maska taxmalıdır.

Başa düşmək vacibdir ki, tək maska kifayət deyil, onu digər tədbirlərlə birgə istifadə etmək lazımdır. Uşaqları məsafə saxlamağın, gigiyena qaydalarına əməl etməyin və virusa yoluxmanın qarşısının alınması üçün digər tədbirlərin vacibliyi barədə məlumatlandırmaq lazımdır. Böyüklər uşaqlarla söhbət zamanı bu mövzunu müzakirə etməli və onları maraqlandıran suallara cavab verməlidir.

 4,055 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Mehriban Əliyeva humanitar diplomatiyanın aparıcı qüvvəsidir - Marianna Vardinoyannis

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva humanitar diplomatiyanın aparıcı qüvvəsidir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə UNESCO-nun xoşməramlı səfiri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar şurasının üzvü, 2020-ci ildə BMT-nin Nelson Mandela mükafatının laureatı Marianna Vardinoyannis deyib. O bildirib ki, Mehriban Əliyeva ilə ilk dəfə Parisdə, UNESCO-nun xoşməramlı səfiri təyin olunarkən görüşüb: “Görüşdüyümüz […]