Baş nazir Əli Əsədov SƏRƏNCAM İMZALADI

Oxunma vaxtı:27 Saniyə

Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetindən Sfera.az-a verilən məlumata görə, sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə 450.000,0 (dörd yüz əlli min) manat məbləğində vəsait ayrılıb.

 4,833 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO)

Avqustun 26-da Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışı olub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub. Burada rəqs ansamblı […]