Çaylarda sululuq artıb

Oxunma vaxtı:30 Saniyə

Yağan intensiv yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb, Böyük və Kiçik Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.

Doğrusöztv.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevin verdiyi məlumata görə, artan yağıntının miqdarı Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsini 19, digər böyük çaylar hesab olunan Qanıxda 80, Qabırrı çayında isə 60 sm yüksəldib:

“Kiçik Qafqazın ərazisindən axan çaylarda suyun səviyyəsində 11-30, Böyük Qafqazın ərazisindən axan çaylarda 1-34, Lənkəran-Astara bölgəsinin ərazisindən axan çaylarda isə 3-6 sm artım müşahidə olunub. Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Dəmiraparançay, Əyriçay və Gorançaydan isə qısamüddətli sel keçib”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Sabiq icra başçısının həbs müddəti UZADILDI

Səbail rayon Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması bağlı istintaq orqanını təqdimatına baxılıb. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə  istintaq orqanını təqdimatı təmin olunub. Qərara əsasən,  Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb Qeyd edək […]