İctimai iaşə müəssisələrində əməl edilməsi vacib qaydalar (FOTO)

Oxunma vaxtı:28 Saniyə

Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində çalışan heyətin dəyişəkli təmiz iş geyimi ilə təmin olunması vacibdir.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, qida məhsulları ilə təmas edərkən baş örtükləri (bone) və əlcəklərdən istifadə olunmalıdır.

Qeyd edək ki, iş prosesində geyinilmiş paltarların yüksək temperaturda yuyucu vasitələrlə yuyulması tövsiyə olunur. Bununla yanaşı ictimai iaşə müəssisələrində qida məhsullarına açıq əllə toxunulması yolverilməzdir. Xidməti əşya və avadanlıqlar isə istifadə olunduqca mütəmadi dəyişdirilməli, fərqli bölmələrdə saxlanılmalı, eyni zamanda istifadə edilməzdən əvvəl və sonra təmizlənib, dezinfeksiya olunmalıdır.

İctimai iaşə müəssisələrində əməl edilməsi vacib qaydalar (FOTO) - Gallery Image
İctimai iaşə müəssisələrində əməl edilməsi vacib qaydalar (FOTO) - Gallery Image
İctimai iaşə müəssisələrində əməl edilməsi vacib qaydalar (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

XİN: Ermənistan Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etməyə cəhd edir

Ermənistan “yeni ərazilər üçün yeni müharibə” məqsədi güdən təcavüzkar hərbi strategiyasını həyata keçirmək məqsədilə 12-16 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərinə təşkil etdiyi hücum cəhdi iflasa uğradıqdan sonra bu ölkənin hərbi siyasi rəhbərliyi son hərbi avantüranın uğursuzluğunu digər müstəvilərdə kompensasiya etmək, diqqəti ölkədə getdikcə kəskinləşən sosial-iqtisadi və […]