Hikmət Hacıyev toysuzluqdan narazı olan müğənnilərə cavab verdi

Oxunma vaxtı:39 Saniyə

“Bəzi mədəniyyət xadimlərinin bu haqda emosional çıxışlarını da gördük, onları da anlayışla qarşılayırıq”.

Doğrusöztv.Az Unikal.org -a istinadən  xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, toyların həyata keçirilməsi digər xidmətlərin də həyata keçirilməsini nəzərdə tutduğu üçün əmək bazarına, vergi tutumuna və dövlət büdcəsinə xeyirlidir:

“Toyların keçirilməsi hər bir baxımdan yaxşı olardı. Bəzi mədəniyyət xadimlərinin bu haqda emosional çıxışlarını da gördük, onları da anlayışla qarşılayırıq. Amma digər tərəfdən məsuliyyətli dövlət anlayışı da var. Bu gəlirləri kənara qoyaraq insanların sağlamlığı önə keçir. Dövlət vətəndaşların sağlamlığı üçün bu addımları atmalıdır. Ona görə də toyların hansı məqamda keçiriləcəyi ilə bağlı fikir demək çətin olardı. Hazırda bununla bağlı qərar yoxdur”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

"Burdan belaruslara səslənirəm..." - Papadan çağırış

Bütün düşüncələrim Belarusla bağlıdır. Burdan belaruslara səslənirəm. Doğrusöztv.Az Unikal.org -a istinadən  xəbər verir ki, bunu Roma Papası Fransisk Vatikandakı Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü çıxışında deyib. “Bu ölkədə seçkilərdən sonrakı vəziyyəti diqqətlə izləyirəm və onları dialoqa, zorakılığa son qoymağa, ədalət və qanuna hörmət etməyə çağırıram”, – Papa bildirib.