Uşaq pulu minimum sosial müavinət qədər olmalıdır.- Deputat

Oxunma vaxtı:36 Saniyə

Uşaqpulu mərhələli şəkildə, yəni əvvəlcə 6-7 yaşına qədər, daha sonra isə 18 yaşına qədər olan şəxslərə verilə bilər. Vətəndaşlara veriləcək uşaq pulu minimum sosial müavinət qədər olmalıdır.

Bu barədə  millət vəkili Fazil Mustafa uşaqpulu ilə bağlı məsələnin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması haqda danışarkən deyib. O bildirib ki, uşaq pulu uzun müddətdir aktual olan və vətəndaşlarımızın da tez-tez dilə gətirdiyi sosial məsələdir:

“Bu məsələ Milli Məclisin hər zaman gündəmində olub və qarşıdan gələn payız sessiyasında müzakirəyə çıxarıla bilər. Çünki bəzi müzakirələrə ehtiyac var.

Xüsusilə adının köhnə qaydada uşaqpulu, yoxsa daha fərqli olacağı, həmçinin hansı yaş qrupuna nə qədər məbləğ veriləcəyi məsələləri müzakirə edilməlidir.

Düşünürəm ki, Milli Məclisin payız sessiyasında bu yöndə bir qərar veriləcək”. (Axar.az)

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Baş nazir Əli Əsədov qərar imzaladı

Baş Nazir Əli Əsədov Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi və onların 2021-2025-ci illər üçün açılması barədə qərar imzalayıb. DOĞTUSÖZTV.AZ  xəbər verir ki, Nazirlər Kabineti Konstitusiyanın 119-cumaddəsinin səkkizinci abzasını rəhbər tutaraq, 2020-ci ildə kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçot sənədlərinin müddətinin başa çatdığını və 2021-2025-ci illər üçün […]