Ermənistanın baş naziri Nikol Paşinyanın BBC-nin “HARD Talk” proqramına müsahibəsində biz ədadlətli jurnalistikanı, ədalətli sualları gördük.
Doğrusöztv.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Qərb jurnalistikasında belə bir deyim var – yanlış sual yoxdur, yanlış cavab var. Paşinyanın BBC-nin “HARD Talk” proqramına müsahibəsində də düzgün qoyulmuş suallara yanlış, təhrif olunmuş, qeyri-peşəkar cavabların şahidi olduq:
“Müsahibə zamanı Nikol Paşinyana ünvanlanmış çox düzgün və haqlı sualar var idi. Ermənstanın Azərbaycana qarşı təcavüzkar, işğalçı siyasəti, Ermənistan hakimiyyətinin Azərbaycan xalqından üzr istəməsi kimi məsələlər suallarda əks olunmuşdu. Konkret sual qoyuldu ki, bunun ya “Hə” cavabı var, ya “Yox” cavabı var”.
H.Hacıyev qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilən cinayətlərdə Ermənistanın dövlət səviyyəsində məsuliyyəti var: “Ümumilikdə, müsahibə alınan tərəfin qeyri-peşəkarlığı, özünü komik bir vəziyyətə salması və digər hallar barəsində əlavə şərhlər vermək istəməzdim. Biz Paşinyanın bu vəziyyətə düşməsinin Münhen Təhlükəsizlik Konfransı zamanı Prezident İlham Əliyevlə debatı zamanı da şahidi olmuşduq”.