Bakıda təhlükəsizlik kamerasına elə görüntülər düşdü ki… ŞOK VİDEO

Oxunma vaxtı:40 Saniyə

Bir neçə gün öncə “Doggie Countre by Nelya” adlı it mərkəzində xoşagəlməz hadisə baş verib.

OXU24.COM  xəbər verir ki, Aydan adlı xanımın iddiasına görə, “Gucci” ləqəbli itini sözügedən mərkəzdə öldürüblər.

Belə ki, o itini xüsusi baxım üçün həmin mərkəzə aparıb. Salonun işçiləri Aydan xanıma deyiblər ki, 2 saat sonra onunla əlaqə saxlayacaqlar və xanım gəlib itini apara bilər. Ancaq aradan 2 saatdan çox vaxt keçsə də, salondan Aydan xanıma zəng edən olmayıb. Xanım “Doggie Countre by Nelya” mərkəzinə gələndə isə itinin öldüyünü görüb.
 
Daha sonra videolara baxan zaman məlum olub ki, itin səhhətində problem yaranıb və işçilər iti 40 dəqiqə soyuq suda saxlayıblar. Baytar belə çağırmayıblar. Nəticədə sahibəsi gələnə kimi it ölüb.

İtin sahibəsi Aydan xanım sosial şəbəkədə açdığı canlı yayımda bildirib ki, məsələni belə qoymayacaq, məhkəməyə müraciət edəcək. (REDAKTOR.AZ)

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Uşaq pulu minimum sosial müavinət qədər olmalıdır.- Deputat

Uşaqpulu mərhələli şəkildə, yəni əvvəlcə 6-7 yaşına qədər, daha sonra isə 18 yaşına qədər olan şəxslərə verilə bilər. Vətəndaşlara veriləcək uşaq pulu minimum sosial müavinət qədər olmalıdır. Bu barədə  millət vəkili Fazil Mustafa uşaqpulu ilə bağlı məsələnin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması haqda danışarkən deyib. O bildirib ki, uşaq […]
Doğrusöztv.Az WordPress Theme: Seek by ThemeInWP