XİN başçısı Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü

Oxunma vaxtı:42 Saniyə

Bu ilin 14 avqust tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Doğrusöztv.Az Unikal.org-a istinadən xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub.

Səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi Xarici İşlər naziri təyinatı ilə əlaqədar Ceyhun Bayramova səmimi təbriklərini çatdırıb. Azərbaycanda diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Nazir Ceyhun Bayramov səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bakıda təhlükəsizlik kamerasına elə görüntülər düşdü ki... ŞOK VİDEO

Bir neçə gün öncə “Doggie Countre by Nelya” adlı it mərkəzində xoşagəlməz hadisə baş verib. OXU24.COM  xəbər verir ki, Aydan adlı xanımın iddiasına görə, “Gucci” ləqəbli itini sözügedən mərkəzdə öldürüblər. Belə ki, o itini xüsusi baxım üçün həmin mərkəzə aparıb. Salonun işçiləri Aydan xanıma deyiblər ki, 2 saat sonra onunla […]