“Rusiyanın qeyri-adekvat münasibəti münaqişənin həllində maraqlı olmadığını göstərmiş oldu” ÖZƏL-MÜNASİBƏT

Oxunma vaxtı:1 Dəqiqə, 17 Saniyə

“Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı əsassız ərazi iddiasında olan, eləcə də Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistanın ötən aydan etibarən bəzi qonşu ölkələr vasitəsilə silahlanma tendensiyasını davam etdirərək regional təhlükəsizliyi ciddi təhdid altında qoyması təəssüfedici faktdır”.

Bunu “Yeni Gündəm”-ə açıqlamasında millət vəkili Anar Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatının göndərilməsi Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərdiyini sübut edir: “Azərbaycan dövlətinin daima çətin günlərdə Serbiyaya dəstək nümayiş etdirməsi, bir neçə ay əvvəl koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərməsi, həmçinin Kosovonun müstəqilliyini tanımaması və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan etdiyi bir zamanda Serbiya hökumətinin bu qeyri-dost davranışı heç cürə anlaşılan deyil.

İyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra – iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınması və bu təyyarə reyslərinin Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınması artıq Ermənistan-Azərbaycan münaqişəsində üçüncü tərəflərin də bu prosesə müdaxilə etmək istəyindən xəbər verir.

Əfsuslar olsun ki, Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Həmçinin qonşu Rusiyanın belə qeyri-adekvat münasibəti ATƏT-in Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının həllində maraqlı olmadığını göstərmiş oldu”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

"Seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib parçasıdır" ÖZƏL-ŞƏRH

“Bu gün koronavirus infeksiyası ilə mübarizədə dövlətlərin apardığı mübarizə metodlarına, sərt qaydalara, sosial izolyasiya tədbirlərinə baxmayaraq səkkiz aydır virusun yayılmasını lokallaşdırmaq mümkün olmayıb. Proseslərin gedişi də göstərdi ki, situasiya yeni bir yanaşma və daha ciddi addımlar tələb edir. Hətta daha yüksək inkişafa nail olmuş dünya dövlətlərinin özündə belə bu virusla […]