Serbiyanın Baş nazirinin müavini: Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur

Oxunma vaxtı:56 Saniyə

İki strateji tərəfdaş olan Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur. Mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, səfərin məqsədi əlaqələrin daha da inkişaf etdirilməsidir: “Bizim məqsədimiz yalnız təhlükısizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünki görüş zamanı biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndrmək barədə razılığa gəldik.

Eyni zamanda biz iqtisadi sahədə əməkdaşlıq sahəsində dəmüzakirələr apardıq və hesab edirik bu sahədə əməkdaşlıq daha da dərinləşdirilə bilər. İki ölkə prezidentləri, hökumətləri və xalqları arasında həqiqi dostluq münasibətləri iqtisadi sahədə də əks oluna bilər. Biz Serbiyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin fəaliyyətindən çox məmmunuq, onlar çox səmərəli fəaliyyət göstərirlər. Biz inanırıq ki, bu əməkdaşlıq daha da genişlənə bilər və bunun üçün böyük potensial var. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər. İnanıram ki, bu əməkdaşlıq gələcəkdə iki ölkəni daha da yaxınlaşdıracaq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İnvestisiya Holdinqinin yaradılması idarəetmə sahəsində növbəti yenilikdir" ÖZƏL-MÜNASİBƏT

“Prezident İlham Əliyev tərəfindən uğurla və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Bu inkişaf modelinin əsas komponentlərindən biri isə təbii ki, konkret hədəflərə və məqsədlərə hesablanan, sosial və iqtisadı inkişafı özündə ehtiva edən islahatlardır. Son 17 ildə […]