“Qarabağ” dayaq bloku dəniz yatağına nəql ediləcək – RƏSMİ

Oxunma vaxtı:37 Saniyə

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun operatoru “BOS Shelf” şirkəti Xəzər dənizində tarixin ən böyük sualtı neft-qaz hasilatı qurğusu olan “Qarabağ” dayaq blokunun tikintisini başa çatdırıb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu şirkətin direktor müavini Nazim Hüseynov zavodda media-tur zamanı deyib.

O bildirib ki, dayaq blokunun tikintisi başa çatıb və struktur “STB-1” barjasına yüklənib və buradan dəniz yatağına nəql ediləcək.

Qeyd edək ki, “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. “STB-1” daşıma barjına yüklənəcək konstruksiyanın hündürlüyü 187 metr, ümumi çəkisi 16 min tondur. Struktur 182 metr dərinlikdə quraşdırılacaq. Blokun tikintisi iki il ərzində aparılıb. Dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Serbiyanın Baş nazirinin müavini: Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur

İki strateji tərəfdaş olan Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur. Mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri Neboyşa Stefanoviç […]