Mövlud Çavuşoğlu: Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik

Oxunma vaxtı:35 Saniyə

12 iyulda Ermənistan qardaş Azərbaycan torpaqlarına hücum edib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib: “O gün nə demişdiksə, bu gün də bunu deyirik. Qardaş Azərbaycan yalnız deyil, bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik. Ermənistan illərdir, qardaş Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır və bu günə qədər bütün beynəlxalq qərarlara baxmayaraq, Ermənistan bu münaqişənin həllində maraqlı deyil. Bu təxribatı da bir daha Ermənistanın əsl məqsədlərini göstərdi.

Bu münaqişə bu günə kimi niyə həll olmayıb? Bu sualın cavabı beynəlxalq ictimaiyyətin, xüsusən də Minsk qrupunun səmimi bir şəkildə bu müaniqşənin həlli üçün çalışmamasıdır”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ceyhun Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə səfəri davam edir Səfər çərçivəsində Ceyhun Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüş keçirəcək. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu keçirilən mətbuat konfransında deyib.