Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

Oxunma vaxtı:39 Saniyə

Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərin daha da genişlənməsi, dərinləşməsi Azərbaycan siyasətinin əsas istiqamətlərindəndir:

“Qardaş Türkiyə hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir. 12 iyul tarixində Ermənistanın törətdiyi təxribat zamanı da biz qardaş Türkiyənin bu dəstəyinin şahidi olduq. Buna görə, mən həm öz adımdan, həm Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.

Azərbaycan hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəkləyir və Türkiyənin yanındadır. Burada göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm”.

Sonda Ceyhun Bayramov Mövlud Çavuşoğlunu Azərbaycana dəvət edib. Dəvəti qəbul edən Türkiyə XİN rəhbəri Azərbaycanda özünü evindəki kimi hiss etdiyini bildirib və tezliklə Azərbaycana səfər edəcəyini qeyd edib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilib (FOTO) (YENİLƏNİB)

Ankarada Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşüblər. Görüşdə ikitərəfli əməkdaşlığın gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.