Məsuliyyət sahibkarların üzərinə düşəcək – Baş nazirdən XƏBƏRDARLIQ

Oxunma vaxtı:33 Saniyə

“Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları-Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək”.

Doğrusöztv.Az Unikal.org-a istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə əlaqədar keçirilən Respublika videomüşavirəsində Baş Nazir Əli Əsədov deyib.

O qeyd edib ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir: “Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Prezidentə məruzə edəcək”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanda general vəfat ETDİ

Müdafiə nazirinin sabiq müavini, general-leytenant Çingiz Məmmədov vəfat edib. Doğrusöztv.Az Unikal.org -a istinadən xəbər verir ki, Çingiz Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Müdafiə Nazirliyindən məlumatı təsdiqləyiblər. Allah rəhmət eləsin!