“TurAz Qartalı – 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir (VİDEO)

Oxunma vaxtı:23 Saniyə

Ölkəmizdə keçirilən “TurAz Qartalı – 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir. Mərhələnin planına uyğun olaraq Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin gündüz və gecə şəraitində döyüş uçuşları keçirilib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

BNA: Yollardakı sıxlıq avtobusların intervalına mənfi təsir edir (FOTO)

Yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi artdığından artıq axşam pik saatlarında müxtəlif istiqamətlərdə sıxlıqlar müşahidə olunur. Yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobuslarının intervalına da mənfi təsir etməkdədir. Doğrusöztv.Az Trend-ə istinadən məlumat verir. Bildirilib ki, nəticədə müntəzəm və ekspres xətt üzrə avtobusların intervalı pozulur, avtobuslar dayanacaqlara gecikmə ilə çatırlar. Bu […]