Hannoverdə Azərbaycan ordusuna dəstək mitinqi keçirilib

Oxunma vaxtı:49 Saniyə

Almaniyanın Hannover şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını böyük şücaətlə alan Azərbaycan silahlı qüvvələrinə dəstək məqsədilə mitinq kecirilib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, “Bakı” Alman–Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi aksiyada soydaşlarımızla yanaşı türk və digər icmaların üzvləri də iştirak ediblər. Azərbaycan, Türkiyə və Almaniyanın dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini, ermənilərin Los-Anceles, Brüssel, Londonda etiraz aksiyaları keçirən azərbaycanlılara milli nifrət zəminində hücum etmələrini kəskin şəkildə pisləyiblər. Natiqlər Qarabağın Azərbaycan torpaqları olduğunu bir daha bəyan edərək, Almaniya hökumətindən və dünya birliyindən Xocalı kimi dəhşətli soyqırımı törədən Ermənistanın ciddi şəkildə cəzalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.

Mitinq ərzində qəhrəman şəhidlərimizin adları bir-bir çəkilib, “Vur, keç səngəri, Azərbaycan əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Erməni terroruna son!”, “Erməni təcavüzünə son!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, Bizim olacaq” və sair şüarlar səsləndirilib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

"27 prokurorluq işçisi ilk dəfə prokuror vəzifəsinə təyin olundu" - Kamran Əliyev

“Mayın 1-dən bu günədək 27 prokurorluq işçisi ilk dəfə prokuror vəzifəsinə təyin olunub”. Doğrusöztv.Az Unikal.org – a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə […]