AQTA sədrinə yeni müavin təyin olunub

Oxunma vaxtı:46 Saniyə

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyin olunub.

Doğrusöztv.Az Unikal.org-a istinadən bildirir ki, Z.Mustafayeva 27 dekabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini pediatriya ixtisası üzrə 1986-1992-ci illərdə Azərbaycan Tibb Universitetində alıb. Təhsilini 2006-2009-cu illərdə Xəzər Universitetində biznesin təşkili və idarəedilməsi (səhiyyə sahəsində) ixtisası üzrə davam etdirib.

1992-2006-cı illərdə dövlət və özəl tibb müəssisələrində, 2007-2010-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə sektorunda islahatlar” layihəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2010-2019-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri, 2019-2020-ci illərdə AQTA-nın Aparat rəhbəri vəzifəsində çalışıb.

Səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə 2013-cü ildə Azərbaycan Respublikasının Səhiyyə naziri tərəfindən “Səhiyyə əlaçısı” döş nişanı, 2016-cı ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Dövlət qulluğunun baş müşaviridir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib

Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, dövlətimizin başçısı müşavirədə çıxış edib.