Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı (FOTO)

Oxunma vaxtı:41 Saniyə

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatlarının verilməsi başa çatıb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, aksiya respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri aztəmimatlı ailələrin evlərinə baş çəkərək onları bayram münasibətilə təbrik ediblər. Ailələrə ətlik cins heyvanların xüsusi ət kəsimi yerlərində kəsilərək ayrı-ayrılıqda qablaşdırılmış paylar və ərzaq sovqatları çatdırılıb.

Qeyd edək ki, Mehriban Əliyevanın tapşırığı ilə bundan əvvəlki dövrlərdə də müxtəlif bayramlar, əlamətdar günlər münasibəti ilə həssas əhali qrupları, aztəminatlı ailələrlə bağlı minlərlə ailəni əhatə edən dəstək layihələri həyata keçirilib.

Bu cür aksiyalarda məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək göstərmək, müxtəlif bayram və əlamətdar günləri onlarla birlikdə qeyd etməkdir.

Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı (FOTO) - Gallery Image
Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı (FOTO) - Gallery Thumbnail

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu

Milli Məclisin avqustun 5-də keçiriləcək iclasının gündəliyi məlum olub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş). 2. ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti […]