Havanın temperaturu 3-6 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:40 Saniyə

Avqustun 2-si axşamdan avqustun 4-dək Bakıda və Abşeron yarımadasında  şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.  

Məlumata görə, avqustun 2-də Azərbaycanın şimal və qərb rayonlarında, avqustun 3-də isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, avqustun 2-də gündüz və avqustun 3-də küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu avqustun 3-də 3-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Qeyri-sabit hava şəraiti avqustun 4-ü gündüzədək davam edəcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nazir müavini işdən çıxarıldı – YENİ TƏYİNAT (FOTO)

Kənd Təsərrüfatı naziri İnam Kərimovun müavini İlham Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Doğrusöztv.Az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, onun yerinə artıq yeni təyinat var. Belə ki, Nazirliyin Aparat rəhbəri Sərvan Cəfərov İnam Kərimova müavin təyin olunub.