Fransalı parlamentarilər Ermənistanın işğalçı siyasətinə son qoyulmasına çağırış edib (FOTO)

Oxunma vaxtı:52 Saniyə

Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri olan deputatlar və senatorlar Azərbaycan-Ermənistan sərhəddində Ermənistan tərəfindən törədilmiş təxribat əməlləri ilə bağlı ölkə prezidendi Emmanuel Makrona müraciət ünvanlayıb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, deputatlar Guy Bricout, Jean Pierre Door, Jerome Lambert, Jean-Luc Reitzer, senatorlar Alain Houpert, Andre Reichardt tərəfindən imzalanmış müraciətdə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətraf 7 rayonunu 30 ilə yaxındır işğal altlında saxladığı vurğulanıb.

Bildirilib ki, son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələri atəşkəsi pozub. Ermənilərin törətdiyi təxribat nəticəsində 12 hərbiçi və 1 nəfər mülki şəxs həlak olub.

Eyni zamanda, Fransanın Rusiya və ABŞ-la birlikdə ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda iştirak etdiyi qeyd edilib. BMT TŞ və Baş Assambleyası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qəbul olunmuş qətnamələrə məhəl qoyulmadığı açıqlanıb.

Müraciətçilər Fransa daxil olmaqla beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi üçün təzyiq göstərilməsinə çağırıb. Fransa prezidentindən Minsk qrupunun həmsədri və BMT TŞ-in daimi üzvü kimi təxirəsalınmaz addımlar atılması xahiş olunub.

Fransalı parlamentarilər Ermənistanın işğalçı siyasətinə son qoyulmasına çağırış edib (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanlı ziyalılar: Ordumuzun gücü və diasporumuzun fəallığı erməniləri təşvişə salıb

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə mübarizədə bu gün diasporumuz hər zamankından daha fərqli və fəal şəkildə milli birlik, həmrəylik nümayiş etdirməklə mücadilənin ön cərgəsindədir. Artıq erməni siyasətçiləri də Bakının Ermənistanla mübarizəsində yeni bir cəbhə – Azərbaycan diasporu cəbhəsini açdığını təşvişlə etiraf etməkdədir. Bu cəbhənin lokomotivi olan ziyalılarımız, elm adamları hesab […]