Azərbaycanlı ziyalılar: Ordumuzun gücü və diasporumuzun fəallığı erməniləri təşvişə salıb

Oxunma vaxtı:2 Dəqiqə, 45 Saniyə

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə mübarizədə bu gün diasporumuz hər zamankından daha fərqli və fəal şəkildə milli birlik, həmrəylik nümayiş etdirməklə mücadilənin ön cərgəsindədir. Artıq erməni siyasətçiləri də Bakının Ermənistanla mübarizəsində yeni bir cəbhə – Azərbaycan diasporu cəbhəsini açdığını təşvişlə etiraf etməkdədir. Bu cəbhənin lokomotivi olan ziyalılarımız, elm adamları hesab edir ki, gec-tez zəfər haqq uğrunda mübarizə aparan Azərbaycanın olacaq. Terrorçu və yalançı erməniyə sivil dünyada yer yoxdur.

“Tovuz döyüşləri Azərbaycanın işğal altındakı torpaqlarından əsla vaz keçməyəcəyini bütün dünyaya gostərdi. Son döyüşlər Azərbaycanda əhval-ruhiyyəni yüksəltdi və beynəlxalq aləmdə müxtəlif uğurlara səbəb oldu”.

Trend Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir ki, bunu Azərbaycanlı alim, ABŞ-ın Şimali Karolina Universitetinin dosenti Əli Əskərov deyib. O bildirib ki, Azərbaycan ordusunun və diasporunun gücü ilə Ermənstanda ciddi təşviş yaradıb: “Azərbaycan xalqının iradəsi, dövlətinin qətiyyəti, ordusunun gücü və diasporunun fəallıgı erməniləri təşvişə saldı. Aprel döyüşlərindən bu yana heç nə erməniləri bu qədər qorxutmamışdır. Həm işğalçı Ermənistanı, həm də onu dəstəkləyən xarici qüvvələri məğlub etmək hər bir azərbaycanlının əsas məqsədi olmalıdır”.

Ermənistanın Tovuz təxribatından dərhal sonra dünyadakı dostlarına və həmkarlarına müraciət edən, Fransada yaşayan tanınmış azərbaycanlı pianoçu, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva onları Ermənistanın təcavüzü barədə məlumatlandırıb: “Mənim ölkəm – hər zaman özünün çoxmillətli mədəniyyəti, bütün xalqlara və dinlərə qarşı tolerantlığı, sülhsevər siyasəti ilə fəqrlənən Azərbaycan yenidən Ermənistanın təxribatlarına məruz qalıb, bu davamlı təcavüzdən müdaifə olunmaq məcburyyətindədir. Və bu insanlığa zidd olan təcavüz Azərbaycanda sərt karantin rejiminin davam etməsi, insanların COVİD-19-la mübarizəsi ilə daha da ağırlaşır… Biz öz torpaqlarımızda sülh istəyirik! Təcili olaraq öz torpaqlarımızın, mədəni abidələrimizin qaytarılmasını tələb edirik. Biz tarixən dünyaya sabitlik, sağlamlıq, inkişaf arzulayan sülhpərvər xalqıq. Biz öz Vətənini qururla müdafiə edən gənclərin öldürülməsinə qarşıyıq. Biz erməni təbliğat maşınının təsirinə uymadan dünya ictimaiyyətindən bu ədalətsizliyə obyektiv qiymət verilməsini istəyir və gözəl gələcək uğrunda ədalətin və insanlığın qalib gələcəyinə ümid edirik”

Yaponiyada Tokio Universitetinin doktoru, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər də milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün ölkələrin həmrəy şəkildə COVID-19 virusuna qarşı mübarizə apardığı çətin şəraitdə Ermənistanın məkrli niyyətini, əməllərini pisləyir: “Mən və mənim kimi dünyanın dörd bir tərəfində yaşayan 55 milyon azərbaycanlı Ermənistanın hərbi təcavüzünü və təxribatını qətiyyətlə pisləyir, dünya ictimaiyyətini Azərbaycanın haqq səsinə dəstək verməyə çağırırıq. Azərbaycanı qorumaq üçün hər şeydən qiymətli sayılan həyatlarını qurban vermiş insanların qarşısında baş əyirəm, Allahdan onlara rəhmət, ailələrinə səbr diləyirəm və xalqımıza başsaglığı verirəm. Qələbə haqq uğrunda mübarizə aparan Azərbaycanla olacaq. Terrorçu və yalançı erməniyə sivil dünyada yer yoxdur və olmayacaq!”

Əslən Dağlıq Qarabağdan – Şuşa şəhərindən olan Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasının bədii rəhbəri Ülviyyə Aslanova-Güler 30 ildir Qarabağ həsrəti ilə yaşayan ziyalılarımızdandır: “Mənim babam Şuşada anadan olub və ömrünün son günlərinə kimi öz döğma yurduna, döğma torpağına və evinə geri dönmək ümidi ilə yaşadı… Mən uzun müddətdir Türkiyədə yaşasam da, doğma yurdumu, doğma Qarabağımı görmək ümidi məni əsla tərk etmədi və etməyəcək. Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyinə inanıram. Ümid edirəm ki, dünya birliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalına son qoyulmasını Ermənistandan tələb edəcək, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, haqq-ədalət öz yerini tapacaq! Artıq erməni işğalına, erməni təcavüzünə, erməni terroruna, erməni vandalizminə son qoymaq vaxtıdır! Torpaqlarımızın azad olunması istiqamətində həyata keçirilən hər bir tədbirdə iştirak etmək, bilik və təcrübəmi paylaşmaq, bu şərəfli fəaliyyət naminə səylərimi əsirgəməyəcəm”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Millət vəkili seçiciləri ilə onlayn görüş keçirdi - FOTO

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin deputatı Tahir Mirkişili iyulun 25-də seçiciləri ilə onlayn görüş keçirib. Doğrusöztv.Az Unikal.org -a istinadən xəbər verir ki, videokonfrans şəklində keçən görüşdə seçiciləri maraqlandıran məsələlər müzakirə olunub. Həmçinin onların müraciətləri dinlənilərək, qeydə alınıb.  Müxtəlif sosial məsələlər üzrə müraciət […]