Pilot peşə proqramlarına tələbə qəbulunun müddəti uzadılır

Oxunma vaxtı:48 Saniyə

Pilot peşə proqramlarına tələbə qəbulunun müddəti 31 iyul 2020-ci il tarixinədək uzadılıb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Dövlət Peşə Təhsil Mərkəzinin və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramları üzrə təhsil almaq istəyən şəxslər Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytı vasitəsilə (https://bit.ly/3jyGWqB) iyulun 31-dək elektron qeydiyyatdan keçməlidirlər.

Pilot peşə təhsil proqramları çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Avtomobil diaqnostikası və təmiri ustası “, “Veb dizayner və proqram təminatçısı“, “Torna və frezer dəzgahların operatoru”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Mebel ustası”, “Avtomatika üzrə usta” ixtisasları üzrə 1 illik texniki peşə, “Nəqliyyat vasitələrinin texniki istismarı” və “Kompüter sistemlərində proqram təminatçısı” ixtisasları üzrə isə yüksək texniki peşə, subbakalavr səviyyəsi, Turizm və Sosial
Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində isə “Aşpaz” və “Mehmanxana inzibatçısı” ixtisasları üzrə 1 illik texniki peşə təhsili pilləsinə yiyələnmək imkanı təklif olunur.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

YAP İcra Katibliyində “İyul döyüşləri: Qəhrəmanlıq və vətənpərvərlik dərsləri” mövzusunda videokonfrans keçirilib (FOTO)

İyulun 24-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “İyul döyüşləri: Qəhrəmanlıq və vətənpərvərlik dərsləri” mövzusunda videokonfrans keçirilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyə kimi tənzimlənməməsi Ermənistanın ardıcıl olaraq davam edən təxribatları […]
Doğrusöztv.Az WordPress Theme: Seek by ThemeInWP