XİN: Azərbaycan ordusuna qarşı Serbiyada istehsal olunan silahlardan istifadə olunub

Oxunma vaxtı:35 Saniyə

Bizdə tam dəqiq məlumatlar var idi ki, Azərbaycan ordusuna qarşı Serbiyada istehsal olunan silahlardan istifadə olunub.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı söyləyib.

Onun sözlərinə görə, səfirliklər vasitəsilə təmasları davam etdirilir. Hazırda Serbiya tərəfində bu məsələnin araşdırılması məsələsi başlanılıb. Bununla bağlı Azərbaycana rəsmi izahat veriləcək:

“Biz bu addımların atılmasına gətirib çıxaran məsələləri bilmək istəyirik. Bu məsələnin gündəlikdə olan həssas məsələ olduğunu qeyd etmək istəyirik. Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqamətində aparılan tədqiqatlar göstərdi ki, mülki vətəndaşlara, Azərbaycan ordusuna atılan silahlar Serbiya istehsalıdır. Əlbətdə ki, silah istehsal edən ölkə bu silahın istifadəsinə və hansı ölkəyə satılması məsələlərinə görə məsuliyyət daşıyır”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Vətəndaşlar Prezidentə yazırlar: Sizə daim inanırıq, güvənirik və yürütdüyünüz siyasəti dəstəkləyirik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlarımız tərəfindən çoxsaylı minnətdarlıq məktubları ünvanlanır. Doğrusöztv.Az Prezident saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir. Yardımlı rayonundan Elməddin Məmmədli yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, yaşadığımız dünyanın indiki ağır vəziyyətində xalqımıza, Vətənimizə və biz gənclərə göstərdiyiniz maddi və mənəvi dəstəyinizə görə Sizə […]