25 ölkədə 56 aksiya keçirilib – Dövlət Komitəsinin sədr müavini

Oxunma vaxtı:27 Saniyə

Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatlara etiraz olaraq bu günədək 25 ölkədə 56 aksiya keçirilib. Daha 20 ölkədə aksiyalar keçiriləcək.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bildirib.

Onun sözlərinə görə, həmvətənlərimiz davamlı olaraq bu aksiyaları keçirmək istəyirlər: “Aksiyalarla yanaşı həmin ölkələrdə mətbuat konfransları, digər tədbirlər keçirilir. Biz öz həqiqətlərimizi dünyaya çatdırırıq”.

Xarici İşlər nazirinin müavini Xələf Xələfov idə bildirib ki, soydaşlarımız bu aksiyaları vətənpərvərlik hissindən irəli gələrək edirlər: “Bizim aksiyalarımız dinc formada keçirilir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Xələf Xələfov: ABŞ polisi azərbaycanlılara qarşı vandalizm aktını ətraflı araşdıracaq

Son günlər cəbhədə baş verən erməni təxribatına qarşı xarici ölkələrdə keçirilən dinc yürüşlərə qarşı ermənilər tərəfindən vandalizm aktları həyata keçirilib. Ermənistan rejimi hərb meydanında məğlub olduqdan sonra müxtəlif xarici ölkələrdə dinc aksiya keçirən azərbaycanlılara qarşı vəhşiliklər törədiblər. Bir sıra ölkələrin paytaxt və böyük şəhərlərində belə hadisələr baş verib. Onların əsas […]