Oxunma vaxtı:22 Saniyə
Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi açıqlama yayıb.
“Məsələ ilə bağlı Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Azərbaycan dövlətinin narazılığı onun diqqətinə çatdırılıb. Hazırda Serbiya rəhbərliyinin göstərişi ilə mahiyyəti üzrə ciddi araşdırmalar aparılmaqdadır və məlumat əldə edildikdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək”, – deyə məlumatda vurğulanır.