Gürcüstan rəsmi bəyanat yaydı: Ermənistana silah haradan keçib?

Oxunma vaxtı:45 Saniyə

Ermənistana Serbiyadan Gürcüstan ərazisi ilə hərbi sursat daşınması ilə bağlı xəbərlər dezinformasiyadır.

DOĞRUSÖZTV.AZ bildirir ki, Oxu24.com -un  xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Gürcüstan və Azərbaycanı strateji tərəfdaş ölkələrdir və hər iki ölkənin xalqları arasında uzunmüddətli dostluq əlaqələri mövcuddur və dezinformasiya yayan media orqanları iki ölkə arasındakı əlaqələrə kölgə salmağa çalışır.

“Bir daha vurğulayırıq ki, Gürcüstan və Azərbaycan dərin və inkişaf edən strateji tərəfdaşlıq əlaqələrinə malikdir və xalqlarımız arasında uzunmüddətli dostluq əlaqələri var. Hər iki ölkə regionda mühüm rol oynayır və biz bir çox birgə regional, qlobal əhəmiyyətli layihələri həyata keçiririk. Bu, qərəzli informasiyadır və iki strateji tərəfdaş ölkə arasındakı münasibətlərə süni şəkildə problem yaratmağa yönəlib”, – deyə Gürcüstan XİN-in bəyanatında bildirilib.

Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində Serbiyadan Ermənistana xeyli sayda müxtəlif çaplı minaatanların çatdırılmasına dair məlumatlar yayılıb.

Minaatanların Gürcüstan üzərindən Ermənistana keçirildiyi qeyd olunub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Serbiya səfirliyindən ermənilərə silah göndərməsi məsələsi ilə bağlı AÇIQLAMA

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi açıqlama yayıb. “Məsələ ilə bağlı Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Azərbaycan dövlətinin narazılığı onun diqqətinə çatdırılıb. Hazırda Serbiya […]