“Rayonlara gediş-gəlişin bərpası olacaq” – Şahmar Mövsümov

Oxunma vaxtı:43 Saniyə

“İlk qapanma dövründə insanlar qanunları pozaraq rayonlara getdilər. Bakıda yumşalma olan zaman rayonlarda yoluxma səviyyəsi artır”.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, ilk yumşalma zamanı bu, təsdiqini tapır: “Bu gün Bakıdan rayonlara getmək imkanı yaratmaqla əldə etdiyimiz nailiyyətləri itirə bilərik. Deyirlər ki, Bakıdan gedib rayonda evdə oturacaqlar. Bu, mümkün deyil. Mənim də ailə üzvlərim Qəbələyə, Şamaxıya, digər gözəl guşələrə getmək istəyir. Yoluxmanı idarəedilən səviyyəyə çatdırmalıyıq. Ən ideal variantda biz bilməliyik ki, yoluxan insan haradadır və kimdən yoluxub. Bunu bilsək yoluxma nəzarət edilən formaya düşəcək. Buna nail olduqca bütün Azərbaycan sarı, sonra isə yaşıl zonaya düşəcək. Yoluxmanın səviyyəsi nəzarət altına alınarsa, ilk addım Bakıdan rayonlara gediş-gəlişə icazə vermək olacaq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nəcməddin Sadıkovla bağlı məlumat yayıldı - RƏSMİ

Son zamanlar sosial şəbəkələrdə Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun guya vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması barədə yayılan xəbərlərə Müdafiə Nazirliyindən rəsmi münasibət bildiriblər. Doğrusöztv.Az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, bu […]