Prezident Mədəniyyət nazirinin vəzifələrini ona TAPŞIRDI

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mədəniyyət nazirinin birinci müavinin təyin edilməsi barədə sərəncam imzalayıb. 

Doğrusöztv.Aaz xəbər verir ki, sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib. 

Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Qabil oğlu Kərimova verilib.

Prezident İlham Əliyev A.Kərimov Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında da sərəncam imzalayıb. 

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Təyyar Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi

Təyyar Cümşüd oğlu Cəfərov Azərbaycanda elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.