Şəhid polkovnikin oğlu atasının ona son zəngindən danışdı – Video

Oxunma vaxtı:37 Saniyə

Şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atası ilə olan son telefon əlaqəsindən danışıb.

Doğrusöztv.Az Unikal.org a istinadən xəbər verir  ki, Azərbaycan Televiziyasında yayımlanan “Çıxışa doğru” verilişində qonaq olan gənc bunları deyib.

“4 gün qabaq atamla telefon danışığı olmuşdu. Bu telefon danışığında gələcəklə bağlı planlarımızı, nə edəcəyimizi, seçdiyimiz peşənin necə olacağı barədə söhbət etmişdik.

Atam hərbçi kimi çalışırdı, ancaq məni mütləq hər hansısa hüquq-mühafizə orqanında görmək istəyirdi, çünki özüm də bunu istəyirdim. Hərbçi ailəsində böyüdüyüm üçün, atamdan nümunə götürərək bu peşəni seçmək istəyirdim”.  

Qeyd edək ki, polkovnik İlqar Mirzəyev iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident Mədəniyyət nazirinin vəzifələrini ona TAPŞIRDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mədəniyyət nazirinin birinci müavinin təyin edilməsi barədə sərəncam imzalayıb.  Doğrusöztv.Aaz xəbər verir ki, sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib.  Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar […]