DİN-dən sosial şəbəkələrdəki paylaşımlarla bağlı AÇIQLAMA

Oxunma vaxtı:50 Saniyə

“Dünən sosial şəbəkələrdə iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüş zamanı ictimai qaydanı pozan şəxslərdən bəzilərinin polis əməkdaşları tərəfindən saxlandıqdan sonra guya pul müqabilində buraxılmalarına dair statuslar paylaşılıb.

Çox təəssüflər olsun ki, cəmiyyətimizdə öz dövlətinə, onun qanunlarına və hamının asayişinin və təhlükəsizliyinin keşiyində duran polis əməkdaşlarına belə iftira atanlara hələ də rast gəlinir. Birmənalı olaraq bildiririk ki, həmin statuslarda yazılanlar qərəzdən, polisin işgüzar nüfuzuna xələl gətirən və heç bir konkret fakta söykənməyən əsassız iddiadan başqa bir şey deyil”.

Unikal.org xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə bəzi polis əməkdaşları barədə yayılanlarla bağlı açıqlamasında yer alıb.

“Onu da vətəndaşlarımızın nəzərinə bir daha çatdıraq ki, hazırda polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aksiya zamanı təxribatçı hərəkətlərə yol vermiş şəxslərin kimliyinin müəyyən edilməsi və hüquqi qiymət verilməsi istiqamətində tədbirlər görülür. İstintaq zamanı bu hərəkətlərə yol vermiş şəxslər ərazi polis orqanına dəvət edilir, təqsiri sübuta yetirilənlər barəsində müvafiq tədbirlər görülür, digərləri isə sərbəst buraxılırlar”, – deyə bildirilir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Şəhid polkovnikin oğlu atasının ona son zəngindən danışdı - Video

Şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atası ilə olan son telefon əlaqəsindən danışıb. Doğrusöztv.Az Unikal.org a istinadən xəbər verir  ki, Azərbaycan Televiziyasında yayımlanan “Çıxışa doğru” verilişində qonaq olan gənc bunları deyib. “4 gün qabaq atamla telefon danışığı olmuşdu. Bu telefon danışığında gələcəklə bağlı planlarımızı, nə edəcəyimizi, seçdiyimiz peşənin necə olacağı […]