Müdafiə Nazirliyi Ermənistanın sərhəddə təxribat törətməsinin səbəblərini AÇIQLADI

Oxunma vaxtı:1 Dəqiqə, 3 Saniyə

“İyulun 12-si günorta saatlarından başlayaraq düşmən tərəfi həmişəkindən fərqli olaraq əvvəl Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsi istiqamətində yerləşən bölmələrimizi atəşə tutmağa başladı. Mövqelərlə yanaşı, sərhəddə yerləşən kəndlərin də atəşə tutulması prosesi baş verdi”.

Doğrusöztv.Az Unikal.org-a istinadən  xəbər verir ki, bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Tovuz istiqaməti Azərbaycan Ordusunun daimi nəzarətində olan və daim gündəmdə olan cəbhədə baş verən atəşkəs rejiminin pozulması prosesində tam nəzərdə saxlanılan Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdən xeyli uzaq ərazidədir: “Düşmənin bu istiqamətdə aktivləşməsinin bir neçə faktoru var. Amma əsas məqamlardan biri Ermənistanda hakimiyyətdə olan klanın rəhbərliyinin dayaqlarının sarsılmasıdır.

Xatırlayırsınızsa, Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağa, işğal olunmuş ərazilərimizə xidmətə göndərilməsi məsələsi vardı. Ancaq onun həmin ərazidə xidmət etməsi sual altındadır. Sadəcə adı orada gedirdi və özü isə evində olurdu. Yerevanadan çölə çıxmırdı. Ancaq Paşinyanın oğlu hərbi xidmətdən qayıtdıqdan qısa müddət sonra bu istiqamətdə hadisələr baş verdi. Başqa bir məqam isə Erməsnitanın bu istiqamətdə yerləşən silahlı bölmələrində hərc-mərclik, nizam-intizamsızlıq vardı”.

V.Dərgahlı bildirib ki, Azərbaycan Ordusunun komandanlığı tərəfindən hər bir hala qarşı müəyyən olunan döyüş hazırlığı üzrə planlar var: “Təxribat baş verən istiqamətdə olan bölmələrimiz düşmənin fəaliyyətinin qarşısını almağa dərhal  hazır idilər və bunu yerinə yetirdilər”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Gəncə rəsmiləri məcburi köçkünlərlə GÖRÜŞDÜLƏR

Niyazi Bayramovun tapşırığına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Gülüstan yaşayış massivində məskunlaşan məcburi köçkünlərə baş çəkiblər.  Unikal.org Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bir müddət əvvəl Gəncədə yağan güclü yağış nəticəsində şəhərin Gülüstan yaşayış massivində, Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı […]